Bank Of Baku

Azərbaycanın Dövlət Komitəsi: “Əbu Bəkr” məscidində əksəriyyəti ərəb dilində olan bir neçə min dini ədəbiyyat aşkarlanıb”

Azərbaycanın Dövlət Komitəsi: “Əbu Bəkr” məscidində əksəriyyəti ərəb dilində olan bir neçə min dini ədəbiyyat aşkarlanıb”
# 25 aprel 2008 14:44 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov bildirib. Dövlət Komitəsinin rəsmisi Azərbaycanda fəaliyyət göstərən, dini ədəbiyyat satan mağaza və məscidlərə bu cür baxışların mütəmadi şəkildə keçirildiyini deyib. Onun sözlərinə görə, bu tədbirlərdən biri də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən və “Əbu Bəkr” adı ilə tanınan “Cümə” məscidində həyata keçirilib. C. Məmmədov məsciddə keçirilən tədbir zamanı dini ədəbiyyatlara baxıldığını, aşkarlanmış ədəbiyyat nümunələri və bir neçə diskin ekspertiza üçün götürüldüyünü deyib: “Ekspertizadan sonra bu barədə müvafiq qərar qəbul ediləcək”.
Şöbə müdiri həmçinin məsələ ətrafında ajiotaj yaratmağın düzgün olmadığını bildirib: “Bu, davamlı keçirilən tədbirlərdən biridir. Tədbir nəticəsində həbs olunan və saxlanılan olmayıb. Sadəcə, orada olan bir neçə ədəbiyyat diqqətimizi çəkib”.
“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov isə APA-ya baş verənlərlə bağlı hər hansı açıqlama vermək istəmədiyini bildirib.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin bugünkü sayında “Əbu Bəkr” məscidində aprelin 22-də MTN-in polislə birgə əməliyyat keçirdiyi və qadağan olunmuş xeyli sayda dini ədəbiyyatın aşkarlanaraq müsadirə olunduğunu yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR