Bank Of Baku

“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilib

“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilib
# 29 aprel 2008 12:18 (UTC +04:00)
APA-nın məlumatına görə, idarənin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini etiqad azadlığının bərpasının Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun dövlət-din münasibətlərinin tənzimlənməsində böyük rol oynadığını bildirib. QMİ sədri H. Əliyevin əsasını qoyduğu siyasi kursun İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyərək, dindarları bu ilin payızında keçiriləcək prezident seçkilərində dövlət başçısının namizədliyini dəstəkləməyə çağırıb: “Mən əminəm ki, bütün dindar insanlar prezident seçkisində İlham Əliyevə səs verəcəklər”. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə Heydər Əliyevin Azərbaycan xalqının mənəvi-əxlaqi keçmişinə yaxından bələd olduğunu, insanların etik dəyərlərə uyğun şəkildə tərbiyəsinə böyük önəm verdiyini deyib. Onun sözlərinə görə, məhz Heydər Əliyevin vaxtında Azərbaycan bütün islam ölkələri ilə ikitərəfli münasibətlər qurub. Millət vəkili Fəttah Heydərov da Heydər Əliyevin cəmiyyətdə həmişə yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirdiyini və bunu ətrafa aşıladığını bildirib.
Tədbirdə üç dildə nəşr olunan “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabının təqdimatı da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR