Bank Of Baku

“Təbli𔝠İslam Xeyriyyə Vəqfinin İdarə Heyətinin toplantısı keçirilib

“Təbli𔝠İslam Xeyriyyə Vəqfinin İdarə Heyətinin toplantısı keçirilib
# 12 may 2008 15:27 (UTC +04:00)
Bakı APA. “Təbli𔝠İslam Xeyriyyə Vəqfinin İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Vəqfin rəhbəri Seyid Camal Əzimbəylinin APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki mövcud dini durum, Qarabağ danışıqlarının hazırkı vəziyyəti və 2008-ci ildə keçiriləcək prezident seçkilərində inanclı insanların fəal iştirakı məsələləri müzakirə olunub. Ölkədəki mövcud dini duruma toxunan “Təbliğ”in İdarə Heyətinin üzvləri ölkənin dini liderinə hücumların artmasını və bunun bəzən təhqirlə müşayiət olunmasını pisləyiblər. Həmçinin prezident İlham Əliyevin Qarabağ danışıqlarının hazırkı mərhələsində tutduğu mövqe təqdir olunub. 2008-ci il prezident seçkiləri ilə bağlı yaxın müddətdə Qarabağda seyid ocaqlarının və inanclı insanların iştirakı ilə geniş toplantının keçirilməsi qərara alınıb: “Toplantıda inanclı insanların prezident seçkilərində kimin namizədliyini dəstəkləməsi ilə bağlı məsələ də müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR