Bank Of Baku

Dini Komitənin nümayəndəsi: “Azərbaycanda dini təriqətlər arasında heç bir qarşıdurma yoxdur”

Dini Komitənin nümayəndəsi: “Azərbaycanda dini təriqətlər arasında heç bir qarşıdurma yoxdur”
# 17 may 2008 08:31 (UTC +04:00)
Lənkəran.Ağaddin Babayev-APA. Lənkəranda “Prezident seçkiləri-2008: dindarlar seçici kimi” mövzusunda seminar keçirilib.APA-nın cənub bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxış edib. DQİDK-nin Cənub rayonları üzrə səlahiyyətli nümayəndəsi Miryəhya Bədirov ölkədə 4 milyon 683 min vətəndaşın seçki hüququna malik olduğunu, bunların da 30 faizindən çoxunu dindarların təşkil etdiyini deyib.
DQİDK-nin nümayəndəsi Ceyhun Məmmədovun isə sözlərinə görə, bəzi siyasi qüvvələrin seçkiöncəsi din adından istfadə etməsindən danışıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən dini təriqətlərin arasında heç bir qarşıdurma yoxdur: “Azərbaycanda bu sahədə tam sakitlik hökm sürür və DQİDK bu proseslərə nəzarət etməklə bütün dini icmaların, təriqətlərin və məzhəblərin fəaliyyətini vaxtaşırı müşahidə və təhlil edir. Lazım gəldikdə isə müəyyən qərarlar qəbul edilərək həyata keçirilir.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR