Bank Of Baku

Azərbaycanlı alim Gelat Elmlər Akademiyasının fəxri akademiki diplomuna layiq görülüb

Azərbaycanlı alim Gelat Elmlər Akademiyasının fəxri akademiki diplomuna layiq görülüb
# 23 may 2008 12:00 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Tiflisdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayevə Gürcüstanın Gelat Elmlər Akademiyasının fəxri akademik diplomu təqdim olunub. APA-nın məlumatına görə, azərbaycanlı alim əsası XII əsrdə qoyulan və xristian dininin qədim elm mərkəzlərindən biri sayılan Gelat Elmlər Akademiyasının yüksək mükafatına layiq görülən ilk müsəlmandır. R. Mustafayev bu diploma Azərbaycan və Gürcüstan arasında elmi əlaqələrin möhkəmləndirilməsində, regionun ictimai-siyasi durumu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə layiq görülüb. Ona bu mükafatı Gürcüstan patriarxı II İlya təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR