Bank Of Baku

Allahşükür Paşazadə Almaniya və Səudiyyə Ərəbistanında keçiriləcək tədbirlərdə iştirak edəcək

Allahşükür Paşazadə Almaniya və Səudiyyə Ərəbistanında keçiriləcək tədbirlərdə iştirak edəcək
# 02 iyun 2008 09:10 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Konrad Adenauer Fondu, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi və Azərbaycan-Almaniya dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf” mövzusunda iyunun 2-3-də Berlində keçiriləcək konfransda iştirak etməkdir. A. Paşazadə konfransda müxtəlif din nümayəndələrinin dinc birgə yaşayış, faydalı əməkdaşlıq məkanı olan, tolerantlığın hökm sürdüyü Azərbaycanda üç dini konfessiya - İsam, xristian və yəhudi dinləri arasında mövcud, bütün dünya üçün örnək ola biləcək münasibətlər barədə məruzə ilə çıxış edəcək.
İyunun 4-də isə QMİ sədri Səudiyyə Ərəbistanında keçirilən Dialoq üzrə Beynəlxalq İslam konfransında iştirak etmək məqsədilə Məkkə şəhərinə yola düşəcək. Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz al-Səudun himayəsi ilə İslam Aləmi Liqasının Baş Katibliyinin qərargahında keçiriləcək tədbirdə İslamda dialoq və onun hüdudları ilə bağlı elmi müzakirələr aparılacaq, dialoqa dair İslam Paktı hazırlanacaq. Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR