Bank Of Baku

Berlində “Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf” mövzusunda konfrans keçirilib

Berlində “Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf” mövzusunda konfrans keçirilib
# 04 iyun 2008 12:19 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Almaniyanın Berlin şəhərində Konrad Adenauer Fondu, Almaniya-Azərbaycan Forumu və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf” mövzusunda konfrans keçirilib. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Almaniya Bundestaqının rəhbərliyinin nümayəndələri və üzvləri, Konrad Adenauer Fondunun və Almaniya-Azərbaycan Forumunun rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri iştirakı ediblər. Konfransda “Azərbaycanda dini qurumların hüquqi əsasları və mövcud durumu: dinin milli və regional səviyyədə rolu” mövzusunda əsas məruzəçi kimi çıxış edən H. Orucov qeyd edib ki, Azərbaycanda islam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və iudaizm məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir. Şeyxülislam Hacı Allahşükür Paşazadə konfransda “Qafqazda islamı xarakterizə edən xüsusiyyətlərin təqdimatı və siyasət üçün əhəmiyyəti: demoqrafik inkişaf və meyllər” mövzusunda məruzə ilə çıxış edib. A. Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin rəhbərləri ilə yaxından əməkdaşlıq edir. Konfransda qeyri-islam dini icmaların nümayəndələri kimi məruzə ilə çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşein və Bakı Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov Azərbaycandakı tolerantlığın digər dövlətlər, hətta Avropa ölkələri üçün örnək olduğunu deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR