Bank Of Baku

Seyid Lazım Ağanın ocağı onların adından istifadə edənlərə etiraz edir

Seyid Lazım Ağanın ocağı onların adından istifadə edənlərə etiraz edir
# 05 iyun 2008 12:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, L. Əliyev “Azadlıq” qəzetinin 22 may tarixli sayında Seyid Lazım Ağanın ocağı adından redaksiyaya hədiyyə verilməsi barədə yayılmış məlumatla razılaşmayıb. O, bununla bağlı yazdığı etiraz məktubunda bildirib ki, qəzetdə dərc olunmuş məlumata görə, Laçın rayonu Seyidlər kənd sakini Adil Əliyev və Saatlı rayonu Sarıcılar kənd sakini Əliş Əzizov redaksiyaya gələrək qəzetin baş redaktoru Qənimət Zahidin iş otağına Seyid Lazım Ağanın ocağı adından Atatürkün büstünü və Seyid Lazım Ağanın şəklini hədiyyə ediblər. Məktubda daha sonra bildirilib: “Mən Seyid Lazım Ağanın nəvəsi Lazım Əliyev bu məqaləyə qəti etiraz edirəm. Belə ki, həmin Adil Əliyev və Əliş Əzizovu mən və qardaşlarım tanımırıq və onların Seyid Lazım Ağanın ocağı adından danışmaq ixtiyarı yoxdur. Onlar yalnız öz adlarından danışa bilərlər. Seyid Lazım Ağanın ocağı adından onun övladları və nəvəsi söz demək ixtiyarındadırlar”. Məktubda daha sonra bildirilib ki, Seyid Lazım Ağanın varisləri prezident İlham Əliyevin siyasətini bəyənir və qarşıdan gələn prezident seçkilərində ona səs verəcəklərini bəyan edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR