Bank Of Baku

Dini ədəbiyyatın qeyri-qanuni nəşrinin və yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər planı təsdiqlənib

Dini ədəbiyyatın qeyri-qanuni nəşrinin və yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər planı təsdiqlənib
# 06 iyun 2008 15:33 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Müəllif Hüquqları Agentliyinin (AMHA) 2008-ci ildə dini ədəbiyyatın qeyri-qanuni yollarla nəşr olunması və yayılmasının qarşısının alınması ilə bağlı birgə tədbirlər planı təsdiqlənib. AMHA-dan APA-ya verilən məlumata görə, ilk növbədə dini ədəbiyyatın nəşri sahəsində mövcud neqativ halların öyrənilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan paytaxtında və əyalətlərdə monitorinqlərin aparılması nəzərdə tutulub. Tədbirlər planında dini ədəbiyyat nümunələrinin pirat yolla nəşrinin qarşısının alınması, bu sahədə maarifləndirmə işinin aparılması, dini ədəbiyyat nəşrinin dövlət standartlarına uyğunlaşdırılması, dini ədəbiyyatın tərcüməsinin müəllif hüquqlarına uyğunluğunun müəyyənləşdirilməsi kimi məsələlər yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR