Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb

Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb
# 27 sentyabr 2023 17:19 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb.

APA xəbər verir ki, o, ermənilərin katolikosu II Qareginlə görüşün hələlik mümkün olmadığını bildirib.

“Ermənistan dini lideri ilə görüşüb-görüşməyəcəyimiz bəlli deyil. Biz həmişə Rusiyanın Patriarxı Kirill vasitəsilə görüşmüşük. Ancaq Ermənistan dini liderinin revanşizm siyasəti, erməniləri qarşıdurmaya çağırışına görə hələlik görüşümüz mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan vermir.”, - Allahşükür Paşazadə vurğulayıb.

QMİ sədri bununla belə, gələcəkdə II Qareginlə görüşünün mümkünlüyü istisna etməyib. Onun sözlərinə görə, erməni dini lider revanşizm siyasətindən əl çəkərsə, görüş baş tuta bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR