Allahşükür Paşazadə qan verib - FOTO

Allahşükür Paşazadə qan verib - FOTO
# 28 iyul 2023 11:09 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qan verib.

APA xəbər verir ki, Allahşükür Paşazadə, dini konfessiya rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev QMİ-də qan verib.

Qeyd edək ki, bu gün Aşura günüdür. Məhərrəm ayı iyulun 19-da başlayıb. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR