Azərbaycan Həcc mövsümünə hazırlığı ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib

Azərbaycan Həcc mövsümünə hazırlığı ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib
# 01 iyul 2023 13:42 (UTC +04:00)

Azərbaycan Həcc mövsümünə hazırlıq prosedurlarını ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib.

APA Səudiyyə Ərəbistanının Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə Krallığın Həcc və Ümrə naziri Tövfiq ər-Rəbiah ötən gün Məkkə şəhərində Nazirlikdə Həcc mövsümünün yekunu ilə bağlı təşkil olunmuş tədbirdəki çıxışında məlumat verib. O, Hicri 1444-cü ildə Həcc mövsümünə hazırlıq prosedurlarını mükəmməl şəkildə, tez icra edilməsi və ziyarətin gözəl təşkili ilə bağlı ən yüksək qiymətləndirilən 3 ölkənin adını açıqlayıb. Bu ölkələr isə Azərbaycan, İraq və Cənubi Afrikadır.

Tədbirə Qafqaz Müsəlmanları İdarəsi Həcc Missiyasının məsul şəxsləri dəvət edilib. Təltif edilənlərin elan edilməsi zamanı auditoriya qarşısındakı böyük monitorda Azərbaycanın bayrağı nümayiş etdirilib, Azərbaycan Həcc Missiyasının məsulları səhnəyə dəvət edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tövfiq ər-Rəbiah onlarla görüşərək təbrik edib və xatirə şəkli çəkdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR