Azərbaycanda birgəyaşayış mövzusuna həsr olunan tədbir keçirilib - FOTO

Azərbaycanda birgəyaşayış mövzusuna həsr olunan tədbir keçirilib - FOTO
# 04 noyabr 2023 12:59 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutunun rəhbər şəxsləri, respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində xalqımızın milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin, Azərbaycanın tolerant və multikultural modelinin təbliği, o cümlədən birgəyaşayış formulunun daha geniş kütləyə yayılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində MDTF-nin sifarişi ilə hazırlanan “Müasir çağırışlar: birgəyaşayış nümunəsi” adlı qısametrajlı sənədli film nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirib əhəmiyyətu barədə danışıb.

"Dünyamızda həm tolerantlıq, həm də multikultural dəyərlərə sahib olmaq olduqca vacibdir. Bu günün dünyası odlu münaqişələrlə doludur, insanların itkilərə məruz qalması, ölməsi, faicələr yaşaması çox geniş vüsət alıb. Buna görə də tolerantlıq və multikultural dəyərlərin yeni nəslə aşılanması vacib nüansdır", - o əlavə edib.

Komitə sədri Azərbaycanın tarixi ənənələrinə toxunub.

"Azərbaycan ərazicə o qədər də böyük deyil, amma Azərbaycan özünün tarixi ənənələri ilə böyük dövlətlərə örnək ola biləcək dövlətdir. Hətta onlardan üstündür - birgəyaşayış və digər bu kimi dəyərlərlə".

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev isə Azərbaycanın işğal altında olan torpaqlarının azadlığı üçün yahudi, xaçpərəst, müsəlman və digərləri etiqad nümayəndələrinin hamısının birlik olduğunu vurğulayıb.

"Allah bu birliyi bizim əlimizdən almasın".

Ardınca Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası şurasının katibi Elnur Əfəndiyev, Azərbaycan Katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans müzakirələrdə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR