Bank Of Baku

Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib

Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib
# 22 iyun 2023 19:45 (UTC +04:00)

Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, zəvvarlar bu gün günorta saatlarında Məkkəyə çatıblar:

"Zəvvarlar axşam dini ayinləri icra edəcəklər. Sonuncu zəvvar qrupunda 180 nəfər olub".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR