Azərbaycanın Həcc ziyarətindən qayıdan ilk zəvvar qrupu Bakıya çatıb

Azərbaycanın Həcc ziyarətindən qayıdan ilk zəvvar qrupu Bakıya çatıb
# 05 iyul 2023 14:55 (UTC +04:00)

Azərbaycanın Həcc ziyarətindən gələn ilk zəvvar qrupu Azərbaycana çatıb.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olub:

"Bu gün ikinci zəvvar qrupu gecə saatlarında Bakıya çatacaq. Həmin qrupda isə 179 nəfər olacaq".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Sonuncu zəvvar qrupu iyulun 14-də Vətənə qayıdacaqlar. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR