Azərbaycanlı zəvvarların sonuncu qrupu Vətənə dönüb

Azərbaycanlı zəvvarların sonuncu qrupu Vətənə dönüb
# 14 iyul 2023 23:33 (UTC +04:00)

Sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönüb.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130-a yaxın şəxs olub.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR