Bakının Pirallahı rayonunda gənc oğlan qətlə yetirməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Bakının Pirallahı rayonunda gənc oğlan qətlə yetirməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
# 15 iyun 2023 07:48 (UTC +04:00)

İyunun 15-i saat 02 radələrində Pirallahı rayonu ərazisində 2003-cü il təvəllüdlü Murad Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Pirallahı Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Niftəliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Saat 04:04

İyunun 15-də saat 02 radələrində Pirallahı rayonunda 2003-cü il təvəllüdlü Murad Zaur oğlu Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun qəsəbə sakini 1981-ci il təvəllüdlü Ramil Vaqif oğlu Niftəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR