BƏƏ Prezidenti Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

BƏƏ Prezidenti Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
# 08 noyabr 2023 11:11 (UTC +04:00)

QMİ sədri BƏƏ Prezidenti ilə görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Abu-Dabi qlobal Sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qəbul edilib.

Görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olub. Şeyxülislam Allahşükür Paşazadə BƏƏ dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb.

Öz növbəsində, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun salamlarının Azərbaycan dövlət başçısına çatdırmasını xahiş edib. Söhbət əsnasında ölkəmizdə Azərbaycan-BƏƏ birgə enerji layihələrinin həyata keçirilməsindən məmnunluq bildirilib.

Şeyxülislam bu günlərdə Azərbaycanda Zəfər Günü tədbirlərinin təntənəli şəkildə qeyd olunduğu barədə məlumat verib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təbriklərini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR