Bu il 2 mindən çox dini kitaba baxılıb, radikallığı təbliğ edənlərin idxalının qarşısı alınıb

Bu il 2 mindən çox dini kitaba baxılıb, radikallığı təbliğ edənlərin idxalının qarşısı alınıb
# 08 avqust 2023 16:37 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı profilaktik və inzibati tədbirlər görülüb.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Komitənin Kollegiya iclasında deyib.

O bildirib ki, ümumilikdə idxalla bağlı 2023-cü ilin yanvar-iyun aylarında Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 2127 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 134 adda dini ədəbiyyata baxılıb.

G. İsmayılov hesabat dövründə Komitədə 2 dini icmanın dövlət qeydiyyatından keçdiyini, bununla da, rəsmi qeydiyyata alınmış dini qurumların sayının 1002-ə çatdığını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR