Culfada avtomobil aşıb, xəsarət alanlar var

Culfada avtomobil aşıb, xəsarət alanlar var
# 10 iyul 2023 21:10 (UTC +04:00)

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Əlincə kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Culfa rayon Bəyəhməd kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyev Təbriz Elşad oğlu və Şahbuz rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimova Sevinc Baxşəli qızı xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR