Dövlət Komitəsi: Biz artıq Azərbaycanda birgəyaşayışa nail olmuşuq

Dövlət Komitəsi: Biz artıq Azərbaycanda birgəyaşayışa nail olmuşuq
# 29 sentyabr 2023 11:19 (UTC +04:00)

Biz qürur duyuruq ki, bütün dinlərin daşıyıcılarına, xüsusilə də azlıqda olanlara qarşı Azərbaycanda diqqət göstərilir, onların haqqları daim qorunur.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

"Biz artıq Azərbaycanda birgəyaşayışa nail olmuşuq. Bu məsələyə gənc nəsil də həssas yanaşmalıdır. Bu dəyər nəinki Azərbaycan, dünya üçün önəmlidir. Bu, milli təhlükəsizliyimizin əsasıdır. Azərbaycana qarşı təhdidlər səngimək bilmir. Lakin bizim birliyimiz, həmrəyliyimiz bütün təhdidlərin öhdəsindən gəlməyə imkan verir. Vətən müharibəsində göstərilən birlik, həmrəylik bunun ən gözəl, bariz nümunəsidir", - deyə o çıxışı zamanı qeyd edib.

O, çıxışı zamanı, həmçinin təklif edib ki, Azərbaycanda birgəyaşayışa necə nail olunduğu araşdırılmalı və bu nümunə dünyaya ötürülməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR