Bank Of Baku

Dövlət Komitəsi: İranda qeyri-müsəlman əhali təqiblərə məruz qalır

Dövlət Komitəsi: İranda qeyri-müsəlman əhali təqiblərə məruz qalır
# 06 aprel 2023 12:27 (UTC +04:00)

“Ermənistan monoetnik, İran isə monoməzhəb dövlətdir”.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İran əhalisinin ən azı 15 faizi qeyri-müsəlman və qeyri-şiə məzhəbinə məxsus insanlardır, lakin onlar təqiblərə məruz qalırlar.

“Orada sünnilərə məxsus məscidlər dağıdılıb. Sözügedən məsələnin hər biri faktlarla öz təsdiqini tapıb. Azərbaycan isə əksinə məscidlər tikib, bərpa edib. Azərbaycan müxtəlif dinlərə və məzhəblərə məxsus insanların birgə yaşadığı ölkədir. Ölkəmizdə tolerantlıq, vəhdət və multikulturalizm prinsipi din siyasətinin əsasını təşkil edir. Azərbaycanı hansısa məzhəbin üstün olduğu bir ölkə kimi göstərmək olmaz. Bu baxımdan İran özünəməxsus siyasiləşmiş şiəlik məzhəbini təbliğ etməklə hansısa təzyiqlərə və ayrı-seçkiliyə əl atmağa çalışır. Lakin Azərbaycanda dinlər və məzhəblərarası qardaşlıq, birlik mövcuddur. Biz cəmiyyət olaraq din və məzhəb ayrı-seçkiliyinə yox demişik. Bundan sonra da bu kimi əməllər törətməyə cəhd edənlərin qarşısı qətiyyətlə alınacaq”, - Mübariz Qurbanlı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR