Dövlət Komitəsi: Radikal ekstremist qrupların aradan qaldırılması istiqamətində işlər davam edir

Dövlət Komitəsi: Radikal ekstremist qrupların aradan qaldırılması istiqamətində işlər davam edir
# 21 dekabr 2023 11:45 (UTC +04:00)

“Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırılması istiqamətində işlər davam edir”.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, bütün dinlər bunun əksinə sülhə, əmin-amanlığa çağırır.

"Lakin bu cür hallar var və bunların aradan qaldırılmasında maarifləndirmə işlərinin rolu böyükdür”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR