Bank Of Baku

Əli Erbaş: “Bu torpaqlarda susdurulan azanlar qiyamətədək səslənəcək”

Əli Erbaş: “Bu torpaqlarda susdurulan azanlar qiyamətədək səslənəcək”
# 20 oktyabr 2022 12:51 (UTC +04:00)

“Bu torpaqlarda susdurulan azanlar, inşallah, qiyamətədək səslənəcək”.

APA xəbər verir ki, bunu Türkiyə Diyanət İşləri başqanı Əli Erbaş Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Şuşa görüşü zamanı bildirib.

O qeyd edib ki, dost və qardaş ölkə Azərbaycanda, Qarabağ zəfərinin simvol şəhəri Şuşada olmaqdan qürur duyur: “Bu torpaqlar uğrunda canlarını fəda edən şəhidlərimizi anır, qazilərimizə şəfalar diləyirəm. Bu gün bəyanatı imzalamaq üçün buradayıq. Bu günə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm. Şuşada olmaq bizi çox qürurlandırdı. Şeyxülislam həzrətlərinin də ifadə etdiyi kimi, bu torpaqlarda susdurulan azanlar, inşallah qiyamətədək dinməyəcək. Bütün türk dünyası ilə birlikdə Şuşada olmağımız çox anlamlıdır və Qarabağ zəfərini taclandıran toplantıdır. Allah birliyimizi xeyirli etsin”.

Əli Erbaş deyib ki, bu gün Füzulidən gələrkən kəndlərə baxıblar, bir dənə də olsun salamat ev qalmayıb: “Mən keçən il Ağdam ziyarətində məscidin donuz tövləsinə necə çevrildiyini gördüm. Məscidi hər şeyi ilə haram olan donuzun saxlanıldığı yerə çevirmək erməni xislətini aşkara çıxarır. Biz də türk dövlətlərinin dini başqanları olaraq çalışırıq ki, dünyaya hansısa dini yerlərin təhqir edilməsinin yolverilməzliyini çatdıraq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR