Gəncədə Aşura günü qeyd olunub, qanvermə aksiyası keçirilib

Gəncədə Aşura günü qeyd olunub, qanvermə aksiyası keçirilib
# 28 iyul 2023 14:51 (UTC +04:00)

Gəncədə Aşura günü ilə bağlı tədbirlər keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, sakinlər Aşura gününü Gəncədəki "İmamzadə" Dini Memarlıq Kompleksinə toplaşaraq qeyd ediblər. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə aparılması üçün pulsuz nəqliyyat vasitələri təşkil edilib.

Gəncədə Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası da təşkil olunub. Sakinlər Mərkəzi Qan Bankının Gəncə Bölməsində qan veriblər. Aksiyada idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər. Qanvermə aksiyası zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Mərkəzi Qan Bankının Gəncə Bölməsinə müdri Vüsalə Əhmədova APA-nın yerli bürosuna bildirib ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Onun sözlərində görə, hazırda Gəncə şəhərində 100-ə yaxın talassemiya xəstəsi var.

Qeyd edək ki, qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR