Gürcüstanda ali din xadimi zəhərlənib

Gürcüstanda ali din xadimi zəhərlənib
# 06 iyul 2023 12:42 (UTC +04:00)

Gürcüstan pravoslav kilsəsinin yepiskopu, Senaki və Çxhorotsku mitropoliti Şio Muciri zəhərlənib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, din xadimi ayin zamanı özünü pis edib. Məlumata görə, analiz zamanı yepiskopun qanında zəhərli maddə olan arsen aşkarlanıb.

Gürcüstan patriarxlığının Şio Mucirinin müəyyən müddət ərzində tədricən zəhərləndiyindən şübhələndiyi barədə məlumat yayılıb. “Mtavari arxi” telekanalı isə Şio Mucirinin bir həftə öncə zəhərlənməsi barəsində məlumat əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR