Ağdamın hazırkı vəziyyəti, görünən mənzərə çox qorxunc və dəhşətlidir.
Bunu APA-ya açıqlamasında Qərbi Gürcüstan müsəlmanlar idarəsinin müftisi Adem Şantadze deyib.
O qeyd edib ki, dağıdılmış, xaraba qoyulmuş evləri, binaları görmək həddən artıq üzücüdür: “Allah bu cür dəhşəti heç kəsə göstərməsin. Biz ümid edirik ki, işğaldan azad olunmuş ərazilər daha gözəlləşəcək, daha da abadlaşacaq. Allah bu torpaq uğrunda canından keçən şəhidlərə rəhmət eləsin!”