İƏT Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək

İƏT Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
# 26 iyul 2023 15:03 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək.

APA xəbər verir ki, iyulun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirləri virtual formatda fövqəladə iclas keçirəcəklər.

Bildirilib ki, iclasda İsveç və Danimarkada Quranın yandırılması müzakirə olunacaq.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR