İmam və müavini vəzifələrinin tutulması üçün müsahibələrə başlanılıb

İmam və müavini vəzifələrinin tutulması üçün müsahibələrə başlanılıb
# 11 sentyabr 2023 17:44 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vakansiyaları üzrə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.

Komitədən APA-ya bildirilib ki, sentyabrın 19-a qədər davam edəcək müsahibələrdə 13 vakant vəzifəyə 180 nəfər namizədin seçimi aparılacaq.

Seçimlər DQİDK-nın ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır. Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha imam və imam müavini vəzifələrinə təyin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR