Bank Of Baku

İmam Yahya Pallavicini: Avropada müsəlmanlara daim "ikinci sinif" insan kimi münasibət göstərilir

İmam Yahya Pallavicini: Avropada müsəlmanlara daim "ikinci sinif" insan kimi münasibət göstərilir
# 27 may 2025 11:00 (UTC +04:00)

"Ədalətli və inanclı insan olmaq və Avropa vətəndaşlığını daşımaq arasında hər hansı fərq mövcud deyil. Orada müsəlmanlara daim qərəzli və "ikinci sinif" insan kimi münasibət göstərilir".

APA xəbər verir ki, bu sözləri İtaliyanın COREIS-şirkətinin vitse-prezidenti İmam Yahya Pallavicini "Avropada anti-müsəlman qanunvericiliyin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusundakı panel müzakirə zamanı çıxışında söyləyib.

Onun qənaətinə görə, Avropanın yəhudi-xristian köklərə malik olan əhalisi öz qüvvəsindən yararlanmaqla, islamafob xarakterli fikirləri geniş formada yaymağa başlayır:

"Onlar unudur ki, yəhudilik, xristianlıq və islam kimi təkallahlı dinlər Avropaya Şərqdən gəlib. Onu qeyd edim ki, yunan filosofların kitablarını ilk dəfə məhz müsəlman elm adamları tərcümə edib. Ədalətli və inanclı insan olmaq və Avropa vətəndaşlığını daşımaq arasında hər hansı fərq mövcud deyil. Orada müsəlmanlara daim qərəzli və "ikinci sinif" insan kimi münasibət göstərilir. Avropa ilə islam cəmiyyəti arasındakı dialoqun qurulması üçün avropalılara ilk növbədə islamın özü haqqında məlumat verməyimiz zəruridir. Sonda onu qeyd edim ki, Azərbaycan insanlara dininə görə ikili standartla yanaşmayan ölkə kimi dünyada örnək hesab olunur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR