İyunun 17-dən Həcc ziyarəti başlayır

İyunun 17-dən Həcc ziyarəti başlayır
# 14 iyun 2023 12:03 (UTC +04:00)

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR