Moskva müsəlmanları Qurban bayramını qeyd ediblər - FOTO

Moskva müsəlmanları Qurban bayramını qeyd ediblər - FOTO
# 28 iyun 2023 13:13 (UTC +04:00)

Rusiya paytaxtının müsəlmanları Qurban bayramını qeyd ediblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva müsəlmanları ənənəvi olaraq "Sülh" prospektindəki Cümə məscidinə toplaşıblar və bayram namazı qılıblar.

Qurban bayramı ilə əlaqədar səhər saatlarından Cümə məscidinin ətrafındakı küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bayram namazına gələnlərin sayı çox olduğundan, Moskva müsəlmanları Cümə məscidinin həyətində və ətrafdakı küçələrdə namazlarını qılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR