Mübariz Qurbanlı: Azad olunmuş ərazilərdə məscidlərin bərpası işləri gedir

Mübariz Qurbanlı: Azad olunmuş ərazilərdə məscidlərin bərpası işləri gedir
# 21 dekabr 2023 11:41 (UTC +04:00)

Bu gün işğaldan azad olunmuş ərazilərdə məscidlərin bərpası işləri gedir.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, erməni vandalları işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə bütün dini abidələrimizə qarşı vəhşilik edib, dağıdıblar:

"Onların bərpası istiqamətində işlər davam etdirilir. Bir müddət əvvəl Şuşada Yuxarı Gövhər Ağa məscidinə imam təyin etmişik. İşğaldan azad olunmuş ərazilərimizdəki digər məscidlərdə də təmir-bərpa işləri başa çatdıqdan sonra din xadimlərinin təyinatı həyata keçiriləcək. Biz Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir, bu işləri həyata keçiririk. Digər qurumlarla da birlikdə apardığımız işlər dövlətimizin din sahəsindəki siyasətini həyata keçirməyə yönəlib. Biz müstəqilliyimizi bərpa edəndə cəmi 17 məscidimiz var idi isə, bu gün Azərbaycanda 2253 məscid var. Son 20 ildə yüzlərlə məscid inşa edilib, yüzlərlə məscid isə Heydər Əliyev Fondu tərəfindən restavrasiya, təmir edilərək istifadəyə verilib", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR