Mübariz Qurbanlı: Azərbaycandakı dini konfessiyalardan 2-si gürcü icmasına məxsusdur

Mübariz Qurbanlı: Azərbaycandakı dini konfessiyalardan 2-si gürcü icmasına məxsusdur
# 27 sentyabr 2023 11:53 (UTC +04:00)

Azərbaycanda 37 qeyri-müsəlman dini konfessiya var və bunlardan 26-sı xristian icmasına məxsusdur.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Tbilisidə keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, dini konfessiyalardan 2-si gürcü icmasına məxsusdur.

Mübariz Qurbanlı hazırda 16 kilsənin olduğunu, bunlardan birinin isə Bakının mərkəzindəki erməni kilsəsi olduğunu bildirib. O vurğulayıb ki, burada erməni kilsəsinə məxsus əlyazmalar da saxlanılır və xaricdən gələn nümayəndələr oranı görmək istədiyi zaman tam şərait yaradılır.

Mübariz Qurbanlı qeyd edib ki, xalqlar arasındaki ziddiyyətlərə dinlər qatılmamalı, çatışmazlıqların aradan qaldırılmasına din pərdəsi altında çalışılmamalıdır.

Komitə sədri Gürcüstanın dini etiqad azadlığının təmin edilməsində çox böyük uğurlar əldə etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR