Mübariz Qurbanlı: Bakı İlahiyyat Kollecinə ildə 20-25 nəfər qəbul ediləcək

Mübariz Qurbanlı: Bakı İlahiyyat Kollecinə ildə 20-25 nəfər qəbul ediləcək
# 12 dekabr 2023 10:49 (UTC +04:00)

Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

"Ümumiyyətlə, Azərbaycanda din sahəsində çalışan kadrların perspektivi nəzərə alınmalıdır. Yəni dini sahədə çoxlu kadr hazırlığı keçirsək, onların çalışdığı yerlər də mütləq olmalıdır. Bu mənada planlaşdırma olmalıdır", - o bildirib.

Komitə sədri kollecin İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcəyini xatırladıb.

O deyib ki, din sahəsində kadr hazırlığı məsələsi olduqca vacibdir.

Mübariz Qurbanlı bizi birləşdirən dəyərin İslam olduğuna diqqət çəkib:

"Məscidlərimizdə dini ayinlərin idarə edilməsi Azərbaycan qanunvericiliyinə və milli adət-ənənələrə, islami dəyərlərə söykənməlidir. Başqa ölkələrin dövlət-din modeli bizə uyğun gəlmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR