Naxçıvanda 17 yaşlı gənci maşın vurub

Naxçıvanda 17 yaşlı gənci maşın vurub
# 04 may 2023 01:02 (UTC +04:00)

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayon Qoşadizə kəndində qeydə alınıb.

Avtomobil, yolu keçən 2006-cı il təvəllüdlü Qoşadizə kənd sakini Cəfərli Hüseyn Əli oğlunu vurub.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR