Son 3 il ərzində nəşrinə icazə verilən və verilməyən dini ədəbiyyatların statistikası açıqlanıb.
APA xəbər verir ki, bu statistikanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı açıqlayıb.
Gündüz İsmayılovun sözlərinə görə, 2021-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 244 olub, 16-sının isə nəşrinə icazə verilməyib:
"2022-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 226 olduğu halda, 8-nin nəşrinə izin verilməyib. Bu göstərici bu il üçün 181 və 7 nisbətindədir".