Papa Fransiskin tənəffüs problemi davam edir

Papa Fransiskin tənəffüs problemi davam edir
# 29 noyabr 2023 22:33 (UTC +04:00)

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ağciyərində infeksiya davam edir.

APA xəbəer verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Qripdən əziyyət çəkən Papa Fransiskin səhhətində vəziyyət stabil olsa da, ağciyərlərində iltihablı proses olduğundan tənəffüs problemi davam edir.

"Papanın vəziyyəti stabildir, hərarəti yoxdur, lakin ağciyərlərdə iltihabi proses davam edir, bu da nəfəs almaqda çətinlik yaradır. O, antibiotiklərlə müalicəsini davam etdirir", - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR