Azərbaycanda vəhdət var. Burada hər kəs istədiyi dini, əqidəni sərbəst yaşaya bilir.
APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
O qeyd edib ki, Azərbaycanda sünni və şiələr arasında problemlər yaşandığına dair suallar səslənsə də, belə bir problem yoxdur:
"Mənə Almaniyada Azərbaycanda sünnilər və şiələr arasında problem yaşandığına dair sual verildi. Mən onlara bildirdim ki, bizdə belə bir problem yoxdur".
Fuad Nurullayev çıxışı zamanı diqqətə çatdırıb ki, Allah bizi Quranda birgəyaşayışa səsləyir:
"Biz birgəyaşayışı, qardaşına qarşı rəhmli olmağı İslamdan öyrənmişik. İslamın bizə aşıladığı dəyər budur".