QMİ sədri: Azad edilmiş ərazilərdə məscidlərlə yanaşı, kilsələr də təmir olunur

QMİ sədri: Azad edilmiş ərazilərdə məscidlərlə yanaşı, kilsələr də təmir olunur
# 28 iyul 2023 11:36 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə işğaldan azad edilmiş ərazilərdə məscidlərin tikintisindən danışıb.

APA xəbər verir ki, QMİ sədrinin sözlərinə görə, azad edilmiş ərazilərdə 10-na yaxın məscidin tikintisi davam edir və bundan sonra da davam edəcək.

“İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış kilsələr də var. Məscidlərlə yanaşı, kilsələr də təmir olunur. Onlar erməni işğalçıları tərəfindən amansızlıqla dağıdılıb”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR