Bank Of Baku

QMİ sədri: "Erməni kilsəsinin rəhbəri sülhü təşviq etmək əvəzinə, revanşizmə ruhlandırır”

Allahşükür Paşazadə

© APA | Allahşükür Paşazadə

# 22 fevral 2022 14:23 (UTC +04:00)

“Milli-mənəvi dəyərlərə sadiqlik və bəşəri dəyərlərə ehtiram Azərbaycan xalqının təfəkkür meyarıdır. Biz Qarabağda mənəvi abidələrimizi dirçəldirik, məscidlərlə yanaşı kilsə və digər məbədləri yenidən qurur, bərpa edirik, erməni kilsəsi isə xristian dünyasının təəssübkeşliyini qazanmaq üçün qarayaxmalar yayır, Qarabağda guya kilsələrin dağıdılması barədə yalan, böhtanlar danışır, öz aqressiv münasibətini, qızışdırıcı fəaliyyətini davam etdirməkdədir”.

APA xəbər verir ki, bunu Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülilsam Allahşükür Paşazadə bildirib.

"Çox təəssüf edirəm ki, erməni kilsəsinin rəhbəri əlində İncil və xaç Xankəndiyə gələrək ermənilərə nicat verəcək sülh ideyalarını təşviq etmək, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmək əvəzinə, yenidən müharibə, revanşizmə ruhlandırır. Din xadiminin yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya ictimaiyyəti biganə qalmamalıdır” - QMİ sədri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR