Bank Of Baku

QMİ sədri: Qarabağdakı pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılıb, qriqoryanlaşdırılıb

QMİ sədri: Qarabağdakı pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılıb, qriqoryanlaşdırılıb
# 19 oktyabr 2022 15:33 (UTC +04:00)

“İşğalçı Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz həyata keçirib”.

APA xəbər verir ki, bunu Şeyxülislam Hacı Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı vandalizm aktları, həqarətlər törədib, məscidləri tövləyə çevirərək orada İslamda haram sayılan heyvanlar saxlayıblar:

“Hətta pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılıb, qriqoryanlaşdırılıb. Dövlət rəhbərimizin qətiyyətli siyasi iradəsi, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağda tarixi məscidlərimiz və məbədlər nəfis şəkildə bərpa və yenidən qurulmaqda, türk-İslam mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr verilməkdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR