Robert Mobili: Azərbaycanda yaşayan xalqların dinini, dilini yaşaması üçün kifayət qədər dəstək göstərilir

Robert Mobili: Azərbaycanda yaşayan xalqların dinini, dilini yaşaması üçün kifayət qədər dəstək göstərilir
# 29 sentyabr 2023 12:22 (UTC +04:00)

Azərbaycanda yaşayan xalqların dinini yaşaması, dilini yaşatması üçün kifayət qədər dəstək göstərilir. Onların ana dilinin tədrisinə imkan yaradılır.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfransda Alban-Udi dini icmasının sədri Robert Mobili deyib.

"Azərbaycanda birgəyaşayış modeli var və Nic qəsəbəsi bunun ən gözəl nümunəsidir. Azərbaycandakı birgəyaşayış modeli dünyada təbliğ olunmalıdır" - deyə o, qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR