"Qarabağın işğal və işğaldan azad olunma tarixi bizə dini memarlıq abidələrinin istənilən cəmiyyətin yaddaşındakı rolunu daha dərindən dərk etməyə imkan verir".
APA-nın məlumatına görə, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Dəmir Muhetdinov "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" panelində deyib.
"Dini cəhətdən əhəmiyyətli abidələr təkcə ruhani birlik deyil, həm də mədəniyyətyönümlü diplomatiyanın tərkib hissəsidir. Mən Qarabağın vaxtilə işğal edilməsinə toxunmaq istəyirəm. Bu faktlar bizə tarixi abidələrin bir xalqın həyatında mühüm rolunu daha yaxşı anlamağa imkan verdi. Eyni zamanda onu bildirmək istəyirəm ki, həmin işğal faktoru xalqın tarixi yaddaşında da mühüm izlər buraxmışdı", - o bildirib.