Səyavuş Heydərov: Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir - FOTO

Səyavuş Heydərov: Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir - FOTO
# 14 iyul 2023 18:18 (UTC +04:00)

“Din sürətlə siyasiləşdirilir, alətə, vasitəyə çevrilir. Din isə siyasiləşəndə çox təhlükəli silaha çevrilir”.

APA-nın cənub bürosu xəbər verir ki, bunu Dini Qurumlarla işi üzrə Dövlət Komitəsi tərəfindən Lənkəran şəhərində ”Müasir çağrışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən konfransda Komitənin sədr müavini Səyavuş Heydərov bildirib.

O bildirib ki, din cəmiyyətdə mühüm rol oynayır: “Cənub bölgəsinə məzhəblərə görə dəfələrlə təzyiqlər olub. Respublikamızın tolerantlıq, birlik, bərabərlik içində olması sakinlərin bu məsələyə həssaslıqla yanaşmasına şərait yaradıb və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını alıb. Buna baxmayaraq, hələ də bəzi İslam və Qərb ölkələri tərəfindən dini siyasiləşdirərək bizə qarşı istifadə etməyə çalışırlar. Azərbaycan yeganə ölkədir ki, dünyada sülhün bərqərar olmasını istəyir və bəzi dövlətlər də bizim tolerantlığımızdan, birliyimizdən nümunə götürürlər”.

Sədr müavini qeyd edib ki, dinin siyasiləşməsindən bir çox ölkələr əziyyət çəkir: “Bunun nəticəsində dünyada mənəviyyat sahəsində deqradasiya prosesi gedir. Azərbaycan belə halda dünya üçün bir nümunədir”.

Qeyd edək ki, 3 gün davam edən regional konfransa bu gün yekun vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR