Bank Of Baku

Strasburq Ulu Məscidinin prezidenti: İslamofobiya təkcə Fransada deyil, Avropada narahatedici vəziyyətə çatıb

Strasburq Ulu Məscidinin prezidenti: İslamofobiya təkcə Fransada deyil, Avropada narahatedici vəziyyətə çatıb
# 27 may 2025 10:30 (UTC +04:00)

"İslamofobiya təkcə Fransada deyil, Avropada narahatedici vəziyyətə çatıb. Son dövrlərdə bu anlayış həm siyasi xadimlərin, həm də müsəlmanlara düşmən münasibət sərgiləyən media orqanlarının ritorikasına daxil olub".

APA xəbər verir ki, bunu Strasburq Ulu Məscidinin prezidenti Səid Aalla "Avropada anti-müsəlman qanunvericiliyinin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusunda panel müzakirəsində Fransada islamofobiya barədə məruzəsində deyib.

O vurğulayıb ki, Fransada müsəlmanlar əleyhinə damğalayıcı qanunlar qəbul edilib:

"Siyasi dairələrin milli birliyə çağırışları müsəlmanlara qarşı ikili münasibətə əsaslanır. 2017-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı radikal partiya ikinci yerə çıxmışdı. Əvvəllər vahabizm, radikalizm və meyillər mövcud olmuşdu. Yaranmış vəziyyətin əmələ gətirdiyi çaşqınlıq müsəlmanların daim şübhə altına alınması ilə nəticələnib. Müsəlmanlar daim müxtəlif etiketlərlə damğalanır, bununla yanaşı, məktəblərdə baş örtüklərinə qarşı qadağalar qəbul edilib. Bu məhdudiyyət həm şagirdlərə, həm də onların analarına şamil olunur. Bu təcrübələrin hamısı respublikaçılıq ideyalarına zidd olaraq tətbiq edilir. Bu qanunların hər biri damğalayıcı qanunlardır. 11 sentyabrdan sonra Fransada antimüsəlman ritorikası daha da artıb və müsəlmanlara qarşı obsessiv münasibət formalaşıb. Fransanın Daxili İşlər Nazirliyi 2024-cü ildə müsəlmanlar əleyhinə işləyəcək qanunlar qəbul edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR