Bank Of Baku

TDT Baş katibi: "İrqi, dini ayrı-seçkilik, islamafobiyaya qarşı təcili qərarlar qəbul etməliyik"

TDT Baş katibi:  "İrqi, dini ayrı-seçkilik, islamafobiyaya qarşı təcili qərarlar qəbul etməliyik"
# 19 oktyabr 2022 15:19 (UTC +04:00)

"Bu gün ölkələrimiz çox fərqli sınaqlardan keçir. Bunlar qeyri-müəyyənlikləri də özü ilə birgə gətirir. Bunlar həm ölkələrimizə, həm xalqlarımıza, həm ayrı-ayrı icmalara öz mənfi təsirini göstərir.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amrayev TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə deyib.

O bildirib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkələrimizin dini qurumları arasında təcrübə mübadiləsi olmalıdır.

"İslam düşmənliyi ilə mübarizədə ortaq mübarizə sərgiləməliyik. Həmçinin irqi, dini ayrı-seçkilik, islamafobiyaya qarşı təcili qərarlar qəbul etməliyik".

Bağdad Amrayev qeyd edib ki, Şuşadan qayıtdıqdan sonra yekun akademik konfrans keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR