Bank Of Baku

TDT-nin rəsmisi: Dini Liderlərin Qlobal Sammitindən yola çıxaraq yeni platforma yaratmağı planlaşdırırıq

TDT-nin rəsmisi: Dini Liderlərin Qlobal Sammitindən yola çıxaraq yeni platforma yaratmağı planlaşdırırıq
# 06 noyabr 2024 10:35 (UTC +04:00)

“Dini Liderlərin Qlobal Sammitindən yola çıxaraq dini və ekoloji məsələlərin vəhdətini təşkil edən yeni platforma yaratmağı planlaşdırırıq”.

APA xəbər verir ki, bunu Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə Türk Dövlətləri Təşkilatının (TDT) Layihələndirmə direktoru Ersin Aydoğan deyib.

O qeyd edib ki, üç il əvvəl Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə TDT dini sahədə əməkdaşlığa başlayıb.

“TDT-nin Müsəlman Dini Əməkdaşlıq Şurası yaradılandan sonra bu çərçivədə dini qurumların rəhbərləri ilə 5 görüş keçirilib”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR