"Təzə pir" məscidində bayram namazı başa çatıb.
APA-nın məlumatına görə, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
***
Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.
APA-nın məlumatına görə, bayram namazı "Təzə pir" məscidində saat 09.00-da başlanıb.
Bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınır.
Qeyd edək ki, bundan əvvəl isə "Əjdərbəy" məscidində bayram namazı qılınıb.
Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 6-da başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyunun 5-nə təsadüf edir.