Vatikan rəsmiləri Azərbaycanda keçiriləcək Dünya dini liderlərinin III Sammitinə dəvət edilib

Vatikan rəsmiləri Azərbaycanda keçiriləcək Dünya dini liderlərinin III Sammitinə dəvət edilib
# 10 iyul 2023 19:40 (UTC +04:00)

“Biz hazırda Dünya dini liderlərinin III Sammitinə hazırlıq işləri ilə məşğuluq. Əminəm ki, dünyanın mühüm dini mərkəzi olan Vatikan bu forumda da ən yüksək səviyyədə təmsil olunacaqdır, inşallah”.

APA xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın Dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşü zamanı bildirib.

“Əminəm ki, dünyanın mühüm dini mərkəzi olan Vatikan bu forumda da ən yüksək səviyyədə təmsil olunacaqdır, inşallah.

Möhtərəm Kardinal həzrətləri! Siz ruhani və siyasi xadim olaraq Müqəddəs Taxt-Tacda böyük nüfuza maliksizsiniz və biz Sizə gələcək fəaliyyətlərinizdə böyük nailiyyətlər diləyirik. Ali həzrətlərinizdən rica edirik ki, Azərbaycan dindarlarının və din xadimlərinin, konfessiya rəhbərlərinin və burada iştirak edən ictimaiyyət nümayəndələrinin səmimi salam və xeyir-dualarını Zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə yetirəsiniz. Uca Yaradanımız Pontifiklə yeni görüşləri bizlərə nəsib etsin!”, - QMİ sədri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR